Meryem Üzerli ilə Halit Ergenç 15 il sonra bir layihədə yenidən bir araya gəlib.
OLAY yazır ki, daha əvvəl “Muhteşem Yüzyıl” serialı ilə kamera qarşısına keçən sənətçilər “İmrozda Bahar” filminin oxu məşqində bir araya gəlib. Bu ay çəkilişlərinə başlanması planlaşdırılan film üçün keçirilən məşqdə komanda ssenari və personajların daxili dünyaları üzərində ətraflı müzakirələr aparıb.