Kenan İmirzalıoğlu və Afra Saraçoğlunun baş rollarda oynadığı “A.B.İ” serialı ilk bölümü ilə zirvəyə yüksəlib.

OLAY yazır ki, ATV kanalında yayımlanan, baş rollarında Kenan İmirzalıoğlu və Afra Saraçoğlunun yer aldığı A.B.İ serialı dünən ilk bölümü ilə tamaşaçı qarşısına çıxıb.

Serialın aktyor heyətində Kenan İmirzalıoğlu və Afra Saraçoğlu ilə yanaşı Asude Kalebek, Sinan Tuzcu, Diren Polatoğulları, Nihal Koldaş, Toprak Sağlam, Serkay Tütüncü, Tuğçe Açıkgöz, Ardıl Zümrüt, Ali Önsöz, Esra Şengünalp, Yaren Yapıcı, Ebrar Karabakan, Mert Demirci, Ayşen Sezerel, Burak Can Doğan, Tarık Ündüz, Tarık Papuççuoğlu və Tülay Bursa kimi tanınmış simalar da yer alır.

Serial ailəsinin qaranlıq keçmişindən qaçaraq tamam fərqli bir həyata addım atan Doğan adlı obrazın illər sonra üzləşmək məcburiyyətində qaldığı sirlərlə dolu həyat hekayəsindən bəhs edir.

Qeyd edək ki, “A.B.İ” dünən yayımlanan ilk bölümü ilə reyting siyahılarında bütün kateqoriyalar üzrə birinci olaraq zirvədə qərarlaşıb.

İlk bölümündə reytinqdə birinci oldu İlk bölümündə reytinqdə birinci oldu İlk bölümündə reytinqdə birinci oldu İlk bölümündə reytinqdə birinci oldu İlk bölümündə reytinqdə birinci oldu İlk bölümündə reytinqdə birinci oldu İlk bölümündə reytinqdə birinci oldu İlk bölümündə reytinqdə birinci oldu İlk bölümündə reytinqdə birinci oldu İlk bölümündə reytinqdə birinci oldu