Aktrisa Buse Meral “Hayal kuşu” filmində rol alacaq.

OLAY yazır ki, o layihədə “Beyza” və “Nihan” adında iki baş rol obrazını eyni anda canlandıracaq. Filmin çəkilişləri 2 həftə İznikdə, 2 həftə Sakaryada davam edəcək və dekabrın 30-da tamamlanacaq.

Filmin ssenarisində zamanın bir insanı iki fərqli qadına çevirməsindən bəhs olunur.

Layihədə həmçinin Musab Ekici, Enes Daniş, Hülya Duyar, Ali Seçkiner, Eren Balkan, Barçın Çalış, Osman Ataseven, Mehmet Solmaz və başqa aktyor və aktrisalar da yer alacaq.

Eyni filmdə iki baş rolu canlandıracaq