Necip Memili “Eşref Rüya” serialı ilə bağlı paylaşımlarını sildi – ayrılıq iddiası gündəmdə

Türkiyəli aktyor Necip Memilinin Esref Rüya serialı ilə bağlı bütün paylaşımlarını sosial şəbəkə hesabından silməsi diqqət çəkib.

OLAY yazır ki, bununla yanaşı, aktyorun serialın rəsmi instaqram hesabını da izləmədən çıxması izləyicilər arasında layihədən ayrılıb-ayrılmadığı ilə bağlı suallar yaradıb. Sosial mediada bu addım “ayrılıq siqnalı” kimi şərh olunur.

Məsələ ilə bağlı hələlik Necip Memili və ya serialın prodüser heyəti tərəfindən rəsmi açıqlama verilməyib. Hadisənin səbəbi və aktyorun layihədəki taleyi maraqla gözlənilir.

“Eşref Rüya”dan gedir?