Aktyor Çağatay Ulusoyun canlandırdığı “Eşref Tek” obrazına fokuslanan yeni layihə çəkilir.
2026-cı ilin iyununda final edən “Eşref Rüya” serialından sonra obrazın keçmişinə işıq salacaq “Eşref Tek” adlı xüsusi layihə rəsmi olaraq elan edilib.
Yeni serial televiziyada deyil, yalnız “Prime Video” platformasında yayımlanacaq. Serial “Eşref Rüya” serialının birbaşa davamı olmayacaq. Layihədə əsas obraz Eşref Tekin keçmişi və onun hekayəsinin başlanğıcı danışılacaq.