Türk aktrisa Beren Saatın rol aldığı film nümayişdən çıxarılıb.

OLAY yazır ki, Beren Saat, Furkan Andıç, Gamze Karaduman və Yiğit Özşenerin rol aldığı “Gizli profil” filminin 19 dekabrda nümayiş olunması planlaşdırılmışdı. Lakin iddialı səhnələrin yer aldığğı film nümayiş siyahısından çıxarılıb. Buna səbəb kimi kifayət qədər hazırlığın olmaması göstərilib və filmin nə vaxt nümayiş olunacağı qeyd edilməyib.

Filmdə Beren Saatın canlandırdığı “Rengin” obrazı jurnalistdir və gizli bir mövzunu araşdırmaq üçün kimliyini gizləyir. Bu müddətdə Zeyno ilə tanış olur və iki qadının arsında güclü birlik yaranır. Onların yaxınlığı getdikcə dərinləşir və bu Renginin ailəsində və kariyerasında problemllərin yaranmağına səbəb olur. Onlar həyatlarındakı gizli həqiqətlə üzləşməyə məcbur qalırlar.

Beren Saatın filmi nümayişdən çıxarıldı Beren Saatın filmi nümayişdən çıxarıldı Beren Saatın filmi nümayişdən çıxarıldı