“Mənim sehrli dünyam” filmi 16-30 oktyabr tarixlərində Braziliyanın San-Paolo şəhərində keçiriləcək 49-cu San-Paolo Beynəlxalq Film Festivalının “Beynəlxalq perspektivlər” müsabiqəsində iştirak edəcək.
OLAY yazır ki, aktyor Kamil Nazimin baş rolunu canlandırdığı filmin ssenarisini eyni zamanda filmin rejissoru olan Elvin Adıgözəl yazıb.
Filmdə rayonların birində kənd ansamblında çıxış edən, televiziyalarda gördükləri musiqili şouda iştirak etməyi arzulayan iki uşaqlıq dostu – Babək və Sahildən bəhs olunur. Televiziya şousuna aparan yol onların dostluqlarını sınağa çəkir və ansamblın üzvlərinin həyatı əbədi olaraq dəyişir.