Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

OLAY yazır ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:

  • 23,47 % - informasiya və analitik proqramlar

  • 16,33 % - musiqi və əyləncəli proqramlar

  • 15,90 % - idman proqramları

  • 13,45 % - bədii filmlər və seriallar

  • 10,90 % - reklam məzmunlu materiallar

  •   8,04 % - mədəni-maarif janrında proqramlar

  •   3,82 % - anonslar, elanlar

  •   2,93 % - sosial yönümlü proqramlar

  •   2,89 % - sənədli film və materiallar

  •   1,17 % - sosial çarxlar

  •   1,10 % - uşaq proqramları və cizgi filmləri

Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.