İnstaqram bir çox istifadəçi üçün yeni “avtomatik Reels sürüşdürmə” funksiyasını test etməyə başlayıb.

OLAY yazır ki, yenilik sayəsində istifadəçilər videoya toxunmadan növbəti reels-ə avtomatik keçid edə biləcəklər.

Platformanın əsas məqsədi istifadəçilərin tətbiqdə daha uzun müddət qalmasını təmin etmək və kontent istehlakını daha da artırmaqdır.

Yeni funksiyanın mərhələli şəkildə bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir.