“Ferrari” komandasının sabiq pilotu Mixael Şumaxerin idarə etdiyi bolid hərraca çıxarılıb.
OLAY “The Mirror” nəşrinə istinadən yazır ki, 55 yaşlı almaniyalı pilot sözügedən avtomobili onun üçün dünya çempionatının son mövsümündə idarə edib.
Bildirilir ki, Şumaxer bu avtomobillə 2006-cı ildə yarışda iştirak edib və beş yarışda qalib gəlib.
Hərrac noyabrın 14-də Nyu-Yorkda keçiriləcək. Yarış avtomobilinin 15 milyon dollara satıla biləcəyi ehtimal edilir.
Qeyd edək ki, M. Şumaxer 1996-cı ildən 2006-cı ilə qədər “Ferrari” komandasında çıxış edib.