İnfluenser Fatimə Əhmədova üçüncü övladının ana bətnində tələf olduğunu açıqlayıb.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb.
“Bilib, heç kimə deməyib, anlayışın göstərən dostlarım, tanışlarım, çox sağ olun. Bəli, hamilə idim. Lakin çox riskli olduğu üçün paylaşmırdım. Heç öz yaxınlarıma belə demirdim. Bədnəzərə görə yox. Sadəcə onu itirdikdən sonra “Nə oldu”, “Necə oldu" sualları ilə mənim daha daha pis olacağım idi. Allah verən dərdə də, xoşbəxtliyə də min şükür. Gələcəkdə sizə ürəklə xoş xəbərlər verərəm inşallah. Sizi sevirəm, anlayışla qarşılayıb, bu barədə sual verməsəz, sevinərəm. Yaxşıyam, pis deyiləm, narahat olmayın”, - deyə, Fatimə vurğulayıb.
Qeyd edək ki, Ülvi Fatimə cütlüyünün daha iki övladı var.