“Bu şəhərdə” kollektivi “Bolt” taksi şirkətini boykot edib.
OLAY yazır ki, bu barədə komandanın sosial şəbəkə hesabında məlumat paylaşılıb.
“Əziz izləyicilər, Biz “Bu şəhərdə” olaraq tövsiyə edərdik ki, imkan daxilində, heç vaxt “Bolt” taksi xidmətindən istifadə etməyəsiniz. Bizim rastımıza çıxan, ən səriştəsiz, ən qeyri-etik normalara riayət edən, avtomobili ən təhlükəli idarə edən sürücülər oradadır-“Bolt”da. Əlimizdə imkan olsaydı, hər ehtimala qarşı, onların sürücülərindən ayda bir dəfə qan analizi götürərdik. Nə isə”, - deyə, paylaşımda bildirilib.