Bakıda xanımlarla bağlı bir çox xidmət sahəsini özündə birləşdirən “Gözəl Yaşam Mərkəzi”nin dəbdəbəli açılışı olub.
OLAY yazır ki, paytaxtın mərkəzində yerləşən məkan müasir avadanlıqlar, kosmetoloji məhsullar, müxtəlif lazer aparatları, lazımi steril materiallarla təchiz olunub.
Həmçinin mərkəzdə atelye, pilates zalı, manikür-pedükür, permanent, lazer və kosmetoloq xidmətləri mövcuddur. Lüks məkanın rəhbəri Arzu Bağırova bildirib ki, “Gözəl Yaşam”a üz tutacaq müştərilər rahatlıq, hüzur, peşəkar və mehriban kollektivlə qarşılaşacaqlar:
“Mərkəzimizdə yüksək səviyyədə xidmət göstəriləcəyinə inanaraq bu yola çıxmışıq. Xanımlar özlərini burada evlərindəki kimi hiss edəcəklər. Hər kəsi bizim ünvana dəvət edirik. Biz bütün gözəllikləri bir məkanda toplamışıq”.
Əlaqə: +994 50 303 03 44
Ünvan: Nəsimi ray, Mirəsədulla Mirqasimov küçəsi 28
İnstaqram: @gozel.yasham.merkezi