Gəncə şəhərində yerləşən, peşəkar ustaların bir araya gəldiyi, möhtəşəm dizayna malik “Fors studio”nun açılış mərasimi baş tutub.
Olay yazır ki, “Fors studio”da müasir tibbin ən son texnologiyaları, rahatlıq və peşəkar xidmət xanımların yolunu gözləyir. Burada saç və makiyaj xidmətləri, masaj, lazer, microblading-permanent, manikür-pedikür, kosmetoloji prosedurlar, özəl müştərilər üçün VİP otaq, uşaq baxım otağı və dayə xidməti mövcuddur.
Afaq Gəncəlinin aparıcılıq etdiyi tədbirdə iş qadını, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva, müğənni Xatirə İslam kimi məşhurlar çıxış edib.
İş xanımı Ruhi Əliyeva Gəncəni və gəncəliləri çox sevdiyini, hətta Bakıda belə gözəl məkana rast gəlmədiyini dilə gətirib.
“Fors studio”nun möhtəşəm dizayna malik olmasında əvəzsiz rolu olan dizayner İbo gəncəlilər üçün ən gözəl gözəllik mərkəzi yaratdığını qeyd edib.
Müğənni Xatirə İslam sevilən mahnıları ilə qonaqlara xoş dəqiqələr yaşadıb. Rəqqasələr çıxışları ilə gəncəlilərə əyləncəli anlar bəxş edib.
📍Gəncə şəhəri, Üzeyir Hacıbəyov 79
📞0702257777