“Azərbaycan Mədəniyyət Nazirliyində əməliyyat keçirilir ve saxlanılanlar var imiş. Keçən il Qarabağ zəfərimizlə bağlı film proyekti gətirdim. İki ildir həm Türkiyədə həm də Azərbaycanda ssenaristlər böyük həvəs ve özgüvən ilə çalışırdı. Düşmən üzərindəki qələbəmizdən bəhs edən Qarabağ zəfərimizi bütün dünyaya göstərəcək bir film olacaqdı”.
OLAY yazır ki, bu sözləri feysbukda teleaparıcı-aktrisa Aysel Nazim paylaşıb. O, Nazirliyə layihə təqdim etdiyini, lakin hələ də təsdiqlənmədiyini bildirib:
“Türkiyə film şirkətinin çəkəcəyi, azərbaycanlı və türk aktyorların oynayacağı böyük bir layihə... Mən təqdimat sənədini və ssenarini Bakıya gələndə gətirdim ki, Mədəniyyət Nazirliyi də bu layihəni təsdiqləsin. Çünki Türkiyənin Mədəniyyət Nazirliyi bəyənib, təsdiqləmişdi. Lakin 1 ildir filmdən xəbər yoxdur. Mənə dedilər boş yerə gözləmə, yeyinti çoxdur, heç kim filmə önəm verməz. Bəs nəyə önəm verirlər mənə maraqlıdır? Türkiyə Azərbaycan arası belə nəhəng bir layihə cavabsız qaldı. Hansı ki, nümayişi ilə bütün dünyanın izləyəcəyi bir film olacaqdı”.