Rejissor Kənan Mahmudov TikTok-dan əvvəlki kimi istifadə etmir.
Bu barədə sənətçi OLAY-a açıqlamasında qeyd edib.
“Əvvəlki kimi istifadə etmirəm. İki aydır yoxam, bir dəfə daxil olmuşam. Qayda pozuntusudur? Qaydalar bilirsiz nə üçün var? Əməl etmək üçün yox, onları pozmaq üçün”, - deyə, Kənan bildirib.
Qeyd edək ki, sentyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.