WOW
WOW

İnstaqramdan problemlə bağlı açıqlama - Yenilənib

İnstaqramdan problemlə bağlı açıqlama - Yenilənib

Məşhur sosial şəbəkə platforması olan instaqramın fəaliyyətində problem müşahidə olunub.

OLAY yazır ki, proqram təsadüfi olaraq istifadəçilərin hesablarını bağlamağa və izləyicilərini silməyə başlayıb.

Bağlanılan hesablar “email” adresi və telefon nömrəsi təsdiqindən sonra 1 saat ərzində açılıb.

Yaranan nasazlığın səbəbi isə dəqiq məlum deyil.

***

İnstaqram sosial şəbəkədə yaranan problemlə bağlı açıqlama yayıb.

OLAY yazır ki, bu barədə platforma tvitterdə məlumat paylaşıb.

“Bəzilərinizin instaqram hesabınıza daxil olmaqda problem yaşadığını bilirik. Məsələni araşdırırıq və yaranan narahatlığa görə üzr istəyirik”, - deyə, bildirilib.

Qeyd edək ki, istifadəçilər hesablarının dayandırılması və izləyici sayının azalması ilə bağlı şikayət edir.