WOW
WOW

“Şou-biznes yiyəsiz bir sektordur”

“Şou-biznes yiyəsiz bir sektordur”

Müğənni və bəstəkar Murad Arif musiqiyə dəstək verməyən qurumlardan və nazirliklərdən şikayətlənib.

OLAY yazır ki, sənətçi istedadlı gənclərin itib-batmasından heyfisləndiyini bildirib:

““Səs Azərbaycan”da o qədər səslər tanıdıq... Sağ olsun İTV... O cür şərait yaratdı, sərmayə qoydu. O qədər gözəl oxuyan dostlar qazandıq. Necə səslər, obrazlar, artistlər... O qədər məyusam ki... Bu ölkədə heç kəsə lazım olmadı bu gənclər. O uşaqları səhnədə saxlamağa bir qurum, bir havadar tapmadıq. Nə kliplər çəkildi, nə mahnılar alındı...

Deyəcəksiniz özləri, özləri, özləri... Mən ki bilirəm hər artistin içində, beynində prodüser damarı yoxdur. Bu ölkədə şou-biznes tam yiyəsiz, sistemsiz, dəstəksiz, ala başına-kül başına sektordur. Heyif istedadlardan...

Bir mahnı teatrı yaranardı, leybl düzələrdi. “San Remo” sayağı açıq milli seçim düzənləyib, “Avroviziya” üçün mahnılar oxudulardı, o gənclər yenidən aktual olardı. Biri digərindən maraqlı, fərqli necə gənclərimiz var imiş. Bunların hamısı qurumların və nazirliklərin dəstəyini alan layihələrdir. O gənclər yox imiş kimi musiqi dünyamız öz yerində saymağında. Çox heyif...”.