Xaricə çıxış qadağası ləğv edilən Gülşenin Türkiyədən köçəcəyi iddia edilib.
OLAY yazır ki, sənətçi ailəsi ilə birgə Londonda həyatına davam etməyi düşünür.
Daha əvvəl də İngiltərədə məskunlaşmaq qərarına gələn və oğlu Azurun orada təhsil almasını istəyən sənətçi son yaşananların ardınca bu istəyini reallaşdırmağa əmin olub.
Qeyd edək ki, müğənni məşhur aranjimançı Ozan Çolakoğlu ilə ailəlidir.