Səhnədə geyimləri və yeni mahnısı “Lolipop”un üz qabığı ilə gündəm olan Gülşenlə bağlı iddia hər kəsi təəccübləndirib.
OLAY yazır ki, məlumata görə, bir neçə gün əvvəl estrada ulduzunun evliliyi dağılıb.
Gülşenlə həyat yoldaşı Ozan Çolakoğlu arasında yaşananların pərdəarxasını səs sənətçisi və yazar Onur Akay paylaşıb.
Akay “Musiqi bazarında hər şey tez eşidilir. Gülşen və həyat yoldaşı Ozan Çolakoğlunun zaman-zaman boşanacağı iddia edilib və bunlar hər zaman doğru olub. Gülşenin bir müddət səhnədə üstünlük verdiyi geyimlər bu evlilikdə həmişə böhrana səbəb olub və hər zaman kimsə araya girib cütlüyü barışdırıb”,-deyə qeyd edib.
Sözlərinə davam edən Onur Akay “Amma bu dəfə aralarındakı “Lolipop” və “qucaq rəqsi” böhranını aşa biləcəklərinə inanmıram. Onlar boşanmaq qərarına gəliblər. Ozan Gülşenin yeni mahnısı üçün çəkilmiş fotoları görəndə çox əsəbiləşib, mahnının bu şəkillərlə yayımlanmasını bəyənməyib”,- vurğulayıb.
Bundan əlavə, Ozanın evi tərk etdiyi qeyd olunub.
Xatırladaq ki, Türkiyənin məşhur müğənnisi Gülşen 1997-2000-ci illərdə Murat Varolla ailə həyatı qurub. Daha sonra 2016-cı ildə son üç albomunun prodüseri olan Ozan Çolakoğlu ilə evlənib. Onların bu nikadan Azur adlı oğlan övladı var.