Ancelina Coliyə bənzəmək üçün etdirdiyi plastik əməliyyatlarla gündəmə gələn 22 yaşlı iranlı Səhər Tabar əsl üzünü nümayiş etdirib.
OLAY yazır ki, o, əslində heç vaxt əməliyyat keçirmədiyini etiraf edib.
“Hər şey əvvəldən bəri kompüter effekti idi. Belə məşhur olmaq daha asan idi” deyən Səhər paylaşımları səbəbilə 14 ay həbs yatmışdı.
Tabar 2019-cu ildə “hicabı təhqir etmək” ittihamı ilə cəzalandırılmışdı.