WOW
WOW

Roman Abramoviç İstanbula köçür

Roman Abramoviç İstanbula köçür

Rusiyaya edilən sanksiyalardan sonra Londondan köçən oliqarx Roman Abramoviç İstanbula köçür.

OLAY yazır ki, hər səhər Boğazda yürüyüşə çıxan iş adamı villa almağa hazırlaşır.

Qeyd edək ki, R.Abramoviç rus-israilli-portuqaliyalı milyarder, oliqarx və siyasətçidir. “Chelsea” futbol klubunun sahibi kimi də tanınan Abramoviçin sərvəti Forbes-in 2019-cu il siyahısına görə 12,9 milyard ABŞ dolları dəyərində qiymətləndirilir, İsrailin ikinci, Rusiyanın ən zəngin on birinci və dünyanın 120-ci ən varlı adamıdır.

1999-2013-cü illər arasında o, Çukotkada məktəblərin, xəstəxanaların və infrastrukturun tikintisinə 2,5 milyard dollardan çox ianə verib ki, bu da bütün digər ruslardan daha çoxdur.

O, son 20 ildə Rusiya, ABŞ, Böyük Britaniya, Portuqaliya, Litva, İsrail və başqa yerlərdə yəhudi işlərinə 500 milyon dollardan çox töhfə verdiyinə görə Yəhudi Mədəniyyəti və Dini Forumu tərəfindən tanınıb.