WOW
WOW

Könül Xasıyevanın səhhəti pisləşdi

Könül Xasıyevanın səhhəti pisləşdi

Xalq artisti Könül Xasıyevanın səhhəti pisləşib.

Bu barədə xanəndə OLAY-a açıqlama verib. Xasıyeva bildirib ki, boğazındakı problemə görə, artıq danışmaqda da çətinlik çəkir.

“Halım yoxdur. Boğazım tıxanıb, danışa bilmirəm”, - deyə, sənətçi bildirib.

Qeyd edək ki, ötən günlərdə K. Xasıyeva boğazında şiş aşkarlandığını, sağalması üçün 254 min manat pul lazım olduğunu açıqlamışdı. O, həm də sənət yoldaşlarından yardım istəmiş, daha sonra həmin postu silmişdi.