WOW
WOW

AzTV-nin efirində meyxanaçılara irad!

AzTV-nin efirində meyxanaçılara irad!

AzTV-nin “Əsas məsələ” verilişində meyxanaçılara irad bildirilib.

OLAY yazır ki, Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov İranın öz planlarını meyxanaçılar vasitəsilə icra etmək istədiyini vurğulayıb. 

“Son zamanlar sosial şəbəkədə də, mətbuatda da Azərbaycanda meyxana ustalarının İrana meyli haqqında söhbətlər gəzir. Nəyə görə meyxanaçılar? Mətbuata girişə bilmədilər, sosial şəbəkələrdə effektiv fəaliyyət göstərə bilmədilər. Bilirsiniz ki, meyxana ustaları həmişə toyda, məclisdə cəmiyyətin içərisindədir. Və İrana lazım olan idealogiyanı, fikirləri məhz onların vasitəsilə yayırlar. Və bu da son dövrlərdə göstərir ki, o da onlar üçün uğursuz nəticəyə uğradı. Mənə elə gəlir ki, İran ya bu gün, ya sabah düşünməlidir. Bilməlidir ki, onun ərazisindəki sabitliyini, həm də Azərbaycan arzulayır”, - deyə, o qeyd edib.