WOW
WOW

“Onun yarısı” yenidən başlayır?

“Onun yarısı” yenidən başlayır?

Aparıcı Zaur Baxşəliyevin məşhur “Onun yarısı” verilişinin yenidən başlayacağı iddia olunub.

OLAY yazır ki, buna səbəb isə Zaurun paylaşdığı video olub. Belə ki, Baxşəliyev xanımı Günayla gəlin və bəy libasında görüntüsünü izləyiciləri ilə bölüşüb. O, posta “Tezliklə. Sizcə, nə olacaq?” şərhini yazıb. İstifadəçilər onların “Onun yarısı” kimi evlilik formatında proqram təqdim edəcəklərini düşünüb.

Qeyd edək ki, sözügedən veriliş 2012-ci ildə ekranla vidalaşıb.