DJ Roşka (Rövşən Həsənli) illər əvvəl qalmaqal yaşadığı DJ Çina (Çingiz Mustafayev) haqqında danışıb.
OLAY yazır ki, bu barədə o, qonaq olduğu “Səhərin səsi” proqramında məlumat verib. Musiqiçi həmkarının onun “söhbət”ə çağırdığını qeyd edib:
“Çina ilə xoşagəlməz şeylər olub. Qalmaqal olanda mənə zəng vurdu ki, görüşək, danışaq. 3-4 nəfərlə yanıma gəldi. Soruşdum ki, mənimlə “söhbət” etməyə gəlmisənsə, iki kişi kimi məsələni həll edək.
Onunla heç bir problemim yoxdur. Təzəlikcə instaqramda onunla bağlı bir paylaşım etdim. Məni bloka atıb, adını işarələyə bilmədim. Həmin paylaşımdan sonra məni blokdan çıxartdı. Jestimə qarşılıq verdi. Halbuki qarşılıq üçün bunu etməmişdim”.
Qeyd edək ki, DJ Roşka illər əvvəl Çinanın fəaliyyətini bəyənmədiyini açıqlamışdı. Hətta o, bir neçə dəfə həmkarı ilə eyni səhnəyə çıxmaqdan imtina etmişdi.