Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün gənclik sevgisi film olur.
OLAY yazır ki, Mustafa Kemalın gənc zabit vaxtlarında sevdiyi Dmitrina Kovaçev haqda ekran işi lentə alınır.
Qeyd edək ki, Atatürk onun üçün “Bir qız sevdim, gənc ikən, vermədilər. Gəncliyimi qoydum Sofiyada”,- deyə bildirmişdi.
Onlar hərbidə tanış olub, bir-birilərini seviblər. Dmitrina Atatürkün evlilik təklifini qəbul etsə də, ailə qura bilməyiblər.