WOW
WOW

“Bəzi tərəddüdlərim var idi”

“Bəzi tərəddüdlərim var idi”

Müğənni Elnarə Xəlilova müəllimi, Əməkdar İncəsənət Xadimi Vaqif Gərayzadə ilə bir araya gəlib.

OLAY yazır ki, bu görüşdən fotonu Elnarə instaqramda paylaşıb.

“Dünən sevimli müəllimim Vaqif Gərayzadə mərkəzimizə qonaq gəlmişdi. Görüşünə 20-dən yuxarı tələbə gəlmişdi. Uşaqlar üçün çox məhsuldar və olduqca faydalı bir görüş oldu. Mənim özüm üçün isə… Yəqin etdiyim 1-2 məsələ ilə bağlı içimdə bəzi tərəddüdlərim vardı, onlar da qeyb oldu. Var ol, əziz müəllim. İndi dəqiq bildim ki, düz yoldayam. Həqiqətən də, insanın müəlliminin ona xeyir-dua verməsindən gözəl heç nə ola bilməz”, - deyə, Xəlilova bildirib.