Aparıcı Leyla Quliyevanın növbəti paylaşımı diqqət çəkib.
OLAY yazır ki, instaqramda fotosunu izləyiciləri ilə bölüşüb.
“Bir də görürsən ki, tədbirdə, ya konsertdə, ya da marketdə görəndə yaxınlaşıb salamlaşırlar, xoş sözlər deyib ürəkləndirirlər. Adam doğrudan çox ruhlanır. Buna görə ayrıca təşəkkür edirəm.
Bəzən də olur, yaxınlaşıb deyir ki, “oy, elə xoşum gəlir ki, sizdən. Bütün verilişlərinizə baxıram, birini də qaçırmıram”. Mənim də üzümdə həzin təvazökarlıq-minnətdarlıq təbəssümü filan.. Sonra da həmin adam qayıdasan ki “siz hansı verilişi aparırdınız, bir yadıma salın?”. Cavab verdim “Kriminal xəbərləri”ni, deyir “hə, ay sağ ol, mən də deyirəm də”. Odur ki, çalışın, cinayətdən uzaq, qanuna yaxın olasınız”, - deyə, Leyla bildirib.