Müğənni Günay İbrahimli avtomobil qəzası keçirib.
OLAY yazır ki, bu barədə o, “Səhər mərkəzi” verilişində danışıb:
“Maşının qapı tərəfi yüngülvari zədə alıb. Bunu heç kəs bilmirdi. Xoşum gəlmir ki, belə xəbərlərlə gündəm olum. Qapının qiyməti çox bahadır”.
İbrahimli məbləğ açıqlamaq istəməsə də, aparıcı Tural Əsədov dəyən ziyanın bir “Vaz-2106” markalı avtomobil dəyərində olduğunu bildirib.