WOW
WOW

Ətir satışı İlona milyonlar qazandırdı

Ətir satışı İlona milyonlar qazandırdı

Qısa müddət öncə ətir sahəsinə atılan məşhur iş adamı İlon Mask xeyli gəlir əldə etməyi də bacarıb.

OLAY yazır ki, İlon “Yanıq saç” qoxulu ətrinin satışından 1 milyon dollardan çox (təxmini 1 milyon 700 min manat) qazanıb.

Bu barədə “Trilogy news” nəşri məlumat paylaşıb.

Milyarder sözügedən ətri “The Boring Company” şirkəti vasitəsilə istehsal edib.

Xatırladaq ki, Mask ətir sahəsinə atıldıqdan sonra tvitterdə biosunu “Ətir satıcısı” olaraq yeniləyib.