WOW
WOW

8 valehedici parfüm

8 valehedici parfüm

Hər mövsümə və günün hər saatına uyğunlaşa bilən ətirləri sevirik. Bunların başında qızılgül ətirlərinin olduğu bir həqiqətdir! Əgər qızılgül və çiçək qoxularının əvəzolunmaz sehrini qiymətləndirmək istəyirsinizsə, tövsiyə etdiyimiz 8 parfümə şans verə bilərsiniz.

OLAY həmin ətirləri təqdim edir…

“Miss Dior - Rose N'Roses”

 

Bəzi gül qoxularının qadına xas  təəssürat yaratdığını duya bilərsiniz. “Miss Dior” xanımlara adından da göründüyü kimi enerjili və kifayət qədər  təravətli qızılgül ətri təklif edir. Dəməşq qızılgülü, naringi, berqamot və ətirşah bu ətirdə birləşir…

“BYREDO - Rose Of  No Man’s Land”

 


Cinssiz  ətirlər, şübhəsiz ki, kosmetika dünyasındakı ən yaxşı şeydir! Qızılgül iyi verən ətir istəyirsinizsə, “Byredo” gözləntilərinizi qarşılayacaq. Üst və orta notlarda üstünlük təşkil edən türk gülü; Çəhrayı bibər, moruq, papirus və ağ kəhrəba birləşərək valehedici bir ətir yaradır.

“Acqua di Parma - Rosa Nobile”

 

Sözün əsl mənasında bir çiçək bayramıdır! Centifolia qızılgülü, pion, bənövşə və vadi zanbağının qoxusu ruhunuzu çiçəkləndirəcək, naringi, berqamot və istiot təzə ətir yayacaq. Bu qalıcı parfum öz gücünü müşk, sidr ağacı və kəhrəbanın əsas notlarından alır. Xüsusilə mükəmməl ətir axtarışında olanlar üçün idealdır…

“Diptyque - Eau Rose”

 

Əgər çiçək və meyvəli qoxuların ahəngini sevirsinizsə, “Diptyque Eau Rose” axtardığınız ətirdir! Şam qızılgülü, berqamot, qarağat və liçi, müşk, sidr qarışığı bir ilə idela ətir yaranır…

“Dolce & Gabbana - Dolce Rosa Excelsa”

Qadına xas, cəlbedici və təravətli ətir! Neroli, papaya və ağ lotus qızılgül notları,  müşk toxunuşu ilə unudulmaz ətir yaradır. Gecədən gündüzə xoş bir qoxunu duymaq istəyənlər üçün ideal seçimdir. Tək şüşə dizaynı ilə belə, çoxlarının ürəyini oğurlayacaq!

“Tom Ford - Rose Prick”

Cinssiz bir ətirlə davam edirik! “Tom Ford” qoxularının sehri öz gücünü “Rose Prick”dəki qızılgüldən alır. Okka qızılgülü, bolqar gülü və türk qızılgülünün bu üçlü kombinasiyası ilə xoş qoxu yaradan Rose Prick, siçuan bibəri və zerdeçal ilə bəzənir. Paçuli və tonka paxlasının əsas notları bütün bunları dəstəkləmək üçün kifayətdir.

“Jo Malone London -  Red Roses”

Şüşə dizaynından tutmuş qoxusuna qədər romantika ilə bəzədilmiş “Jo Malone” London ətri... Limon, nanə, bənövşə yarpağı, qırmızı qızılgül, bal, mixək, müşk və səndəl ağacı notları ətri saf cazibə mənbəyinə çevirir…

“Parfums de Marly- Delina Exclusive”

Üst notlarda armud, liçi və qreypfrut ilə meyvəli açılış yaradan ətir, buxura bükülmüş türk qızılgülü və vetiver bitkisinin ürək notlarını birləşdirir. Əsas notlarda vanil və müşk bu odunvari çiçək qoxusunu bütün gün daşıya biləcəyiniz bir şeyə çevirir.