Türkiyənin məşhur cütlüyü Ayça Ayşin Turanla Alp Novruzun 1 ay əvvəl ayrıldığı barədə xəbərlər yayılıb.
OLAY yazır ki, “Posta” qəzetinin məlumatına görə, onlar reklam filmi üçün yenidən barışaraq bir araya gələ bilər.
Şirkət layihə üçün Alp və Ayçaya ayrı-ayrılıqda 3 milyon lirə (təxmini 274 min manat) təklif edib.
Novruz bu fürsəti əldən qaçırmamaq üçün aktrisa ilə barışmağa cəhd edib. Ayça isə hələ ki, qərar verməyib və düşünmək üçün vaxt istəyib.
Xatırladaq ki, “Ada masala” serialından sonra eşq yaşamağa başlayan cütlüyün Alpın xəyanətinə görə ayrıldığı iddia edilir.