BBC-nin araşdırması nəticəsində məlum olub ki, TikTok qaçqın düşərgələrində yaşayan suriyalılara edilən ianələrin 70 faizini mənimsəyib.
OLAY yazır ki, Mona Əli Əl Kərim və 6 qızı hər gün sözügedən platformada canlı yayım açıb, izləyicilərdən hədiyyə göndərmələrini istəyirlər.
Onlar çadırda saatlarla oturub, bildikləri bir neçə ingilis dilində sözü təkrarlayırlar: “Bəyən, paylaş və hədiyyə göndər”.
Monanın həyat yoldaşı hava hücumu zamanı həlak olub. O, TikTok-dan qazandığı pulla gözdən əlil qızını əməliyyat etdirmək istəyir. Lakin TikTok bunu bildiyi halda həmin gəlirin 70 faizini çıxır.