Böyük Britaniya kralı III Çarlz anası Kraliça Elizabetin ölümündən sonra kral ənənəsini pozmağa hazırlaşır.
OLAY yazır ki, Çarlzın gələn ilin yayında olacağı gözlənilən rəsmi tacqoyma mərasimində bir sıra “ixtisarlar” edəcəyi xəbəri yayılıb.
Belə ki, Kral mərasimi 4 saatdan 1 saata endirərək, köhnəlmiş ritualları da azaldacaq.
Həmçinin, tacqoymada 8 min dəvətli yerinə 2 min qonaq iştirak edəcək.
Kralın bu dəyişiklikləri reaksiyalara səbəb olub. Onun qərarını təqdir edənlərlə yanaşı tənqid edənlər də var.
Bəzi şərhçilər ixtisar olunmuş mərasimin Britaniyanın qlobal nüfuzunun yüksəlməsinə xələl gətirəcəyini düşünür.
Xatırladaq ki, mərasim gələn ilin iyununda Vestminsterdə baş tutacaq.