WOW
WOW

Homoseksual olduğunu açıqlayan Kasilyas üzr istədi

Homoseksual olduğunu açıqlayan Kasilyas üzr istədi

“Real” (Madrid) və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas homoseksual olduğunu açıqlayıb.

OLAY yazır ki, futbolçu bu barədə tvitterdə bildirib.

“Ümid edirəm ki, mənə hörmət edərsiniz. Mən geyəm”, - deyə, o, qeyd edib.

Kasilyasın milli komandadakı keçmiş həmkarı Karles Puyol isə bu tvitə “Hekayəmizi danışmağın vaxtıdır, İker”, - yazaraq cavab verib.

Qısa müddət sonra isə Kasilyas sözügedən tviti silib. Qapıçı sosial şəbəkə hesabının hakerlər tərəfindən oğurlandığını vurğulayaraq, həmin açıqlamaya görə üzr istəyib:

“Profilim oğurlanmışdı. Hamıdan üzr istəyirəm. Xüsusilə LGBT camiəsindən”, - deyə, İker tvit paylaşıb.

Xatırladaq ki, 2009-cu ildə Kasilyas ispan teleaparıcı Sara Karbonero ilə görüşməyə başlayıb. 2016-cı ildə onlar ailə quran cütlüyün iki oğlu var. 2021-ci ildə isə onlar 12 il birlikdə olduqdan sonra ayrıldıqlarını elan ediblər. Daha sonra futbolçunnun adı Şakira ilə hallanıb. Lakin İker iddiaları təkzib edib.