İnfluenser Aynişan Quliyevanın sahibi olduğu “Ayni Khalid Boutiqe”in hər iki mağazası bağlanıb.
OLAY-ın əldə etdiyi məlumata görə, blogerin İçərişəhər yaxınlığındakı və “Nizami Mall”dakı satış mərkəzləri fəaliyyətini dayandırıb.
Butikin səhifəsindəki bütün paylaşımlar və əlaqə nömrələri də silinib. Aynişanın mağazası ilə bağlı ən son paylaşımı isə sentyabrda olub.
Qeyd edək ki, influenserin qadın geyimlərindən ibarət mağazaları 2021-ci ildə açılmışdı. Ona qədər isə satışlar onlayn həyata keçirilirdi.