Az yaşlarından “Disney” ulduzu kimi tanıdığımız Selena Qomez illər keçdikcə həm “Grammy” namizədliyi olan müğənniyə, həm də televiziya və film sahəsində uğurlu işlərdə yer alan aktrisa oldu.
Onun istər sevgi həyatı, istərsə də geyim tərzi hər zaman dünya maqazinində müzakirə mövzusuna çevirildi. Selena bu günlərdə artıq çəkiləri ilə çox danışılır və tənqid olunur. Sosial şəbəkə istifadəçiləri zaman-zaman sənətçinin stilinə də irad bildirirlər.
Dünyaca məşhur “Vogue” jurnalı bu müzakirəli ulduzun ən yaxşı 15 “look”unu bir araya gətirib.
OLAY həmin görüntüləri təqdim edir: