Yəqin ki, gəzməyi, səyahət etməyi sevməyən olmaz. Kimisi istirahəti dəniz sahilində, kimisi meşədə, kimisi isə dağlıq ərazilərdə keçirir. Bunun üçün istər bölgələrimizə, istərsə də dünyanın müxtəlif yerlərinə üz tutursunuz. Müxtəlif hotellərdə qalır, fərqli mədəniyyətlərlə tanış olursunuz. Bəs heç havada gecələmisiniz?
Elə isə macəra sevən səyyahların xəyalı olan havadakı hotellə tanış olun!
OLAY yazır ki, Kolumbiyada And dağlarında yerləşən bu tikili böyük marağa səbəb olur.
Yerdən 25 metr yüksəlikdə olan taxtadan hotelə yalnız havadan asılan iplərlə getmək mümkündür. Hotelə üz tutan qonaqlar isə iplərdən asılı olan “hamak”larda gecələyir.