Nasist Almaniyasının rəhbəri Adolf Hitlerə aid olduğu iddia edilən saat satışa çıxarılıb.
OLAY yazır ki, 1993-cü ildə Hitlerə ad günü hədiyyəsi olaraq verilən saat ABŞ-da “Alexander” muzeyində 1.1 milyon dollara (təxminən 1.8 milyon manat) satılıb.
Sözügedən “Huber” brendinə məxsus aksesuarı fransız əsgərləri 1945-ci ildə A. Hitlerin yaşadığı evdən xatirə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl onun kitablarının bir nüsxəsi də 20.650 dollara (təxminən 35 min manat) satılmışdı.