WOW
WOW

Təyyarələri ilə təbiətə zərər vuran məşhurlar

Təyyarələri ilə təbiətə zərər vuran məşhurlar

Özəl təyyarələri ilə ən çox təbiətə zərər vuran dünya ulduzlarının siyahısı açıqlanıb.

OLAY yazır ki, onlardan birincisi müğənni Teylor Sviftdir. Belə ki, onun özəl təyyarəsi 8 min 293 ton karbon qazının yayılmasına səbəb olub.

Floyd Mayvezer 7 min 76 ton, Jay-Z 6 min 981, A. Rod 5 min 342, Bleyk Şelton 4 min 495, Stiven Spilberq 4 min 465, Kim Kardaşyan 4 min 268, Mark Uolberq 3 min 735, Oprah Uinfiri 3 min 493, Traviss Skott 3 min 33 ton karbon qazının yayılmasına səbəb olub.

Birinci yerin sahibi Teylorun köməkçisi açıqlama yayaraq müğənninin təyyarəsini tez-tez başqalarına verdiyini söyləyib.