WOW
WOW

Bu ilin ən təsiredici adamları

Bu ilin ən təsiredici adamları

Dünyaca məşhur “Time” jurnalı 2022-ci ilin ən təsiredici 100 simasını açıqlayıb. 

OLAY yazır ki, siyahıda bir çox sahələrdən, o cümlədən sənət dünyasından, siyasi arenadan tanınmışlar yer alıb. 

Onlardan birincisi, məşhur Hollivud aktrisası Zoe Kravitzdir. Sənətçi Robert Pattinson ilə rol aldığı “Batman” filmindən sonra xüsusi diqqət çəkib.

Həm stili, həm də iş fəaliyyəti ilə danışılan Zendaya bu ildə uğurlu olub. Onun “Euphoria”, “Malcom & Marie”, “Hörümçək adam: Evə yol yoxdur” və “Dune” kimi ekran işləri böyük maraq doğurub. 

“Matrix” seriyasının davamı ilə Neo obrazını yenidən canlandıran məşhur aktyor Keanu Reeves “John Wick” filmi ilə yeni uğura imza atmağa hazırlaşır.

Son albomu “30” ilə pərəstişkarlarını sevindirən Adel həm də şəxsi həyatında xoşbəxtlik qazanıb. O xarici görünüşündəki dəyişiklik də xeyli bəyənilib.

Kardaşyan-Cenner ailə üzvləri ilə daim gündəmdə olan Kris Cenner bu uğurun gizli qəhrəmanı sayılıb.
Məşhur aktrisa Michelle Yeoh bu il rol aldığı filmlərdə əldə etdiyi yüksəlişə görə siyahıda yer almağı bacarıb.

Uzun müddət komediya aktyorluğu etməsinə baxmayaraq Pete Davidson bu il Kim Kardaşyan ilə yaşadığı eşqlə dünya gündəmində olub. Ona görə də onun siyahıya adı yazılıb.

Şahzadə Harry və xanımı Meghan Markle ilə müsahibəsi Oprah Uinfreyi daha da tanıtdı. Onun bu il baş tutan digər müsahibələri də uğur qazandı. 

Dünyaca məşhur fransız brendi “Balenciaga”nın ideya rəhbəri olan Demna Gvasgala etdiyi dəyişikliklərlə dəb aləminə səs salıb. Özünəməxsus dizaynları və birgə çalışdığı məşhurlarla o bu ilin ən təsirli simalarından biridir. 

Ukrayna əsilli amerikalı aktrisa Mila Kunis karyerasına ara versə də, ölkəsində baş verən müharibəyə görə gündəmə gəlib. Həyat yoldaşı Ashton Kutcherin başlatdığı yardım kampaniyaları ilə daha çox danışılıb.

Uzun müddət sonra Hollivuda qayıdan Channing Tatum Sandra Bullock və Brad Pitt ilə rol aldığı “İtkin şəhər” filmi olduqca uğurlu oldu. 

“Marvel”in ilk asiyalı siması Simu Liu da siyahıda adını yazdırmağı bacarıb.
Andrey Garfield də bu il yer aldığı “Hörumçək adam : Evə yol yoxdur” kimi məşhur layihələrdə 100 addan biri olub. 

37 yaşlı aktrisa Amanda Seyfriedin “Mank” filmindeki performansı Oskarda “Ən yaxşı köməkçi aktrisa” mükafatına layiq görülüb.

“Sex and The city”nin davamında rol alan Sarah Jessica Parker da ən təsiredici simalardandır.

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinə dəstək almaq üçün müxtəlif arenalardakı çıxışları, savaşın reallıqlarını dünyaya çatdırmaq üçün gördüyü işlər, cəhdləri və mübarizəsi ilə jurnalın siyahısına adını yazdırıb.