WOW
WOW

Berenlə Kenanın evliliklərinin 8-ci ili

Berenlə Kenanın evliliklərinin 8-ci ili

Pop ulduz Kenan Doğulu və aktrisa Beren Saatın evliliklərinin 8-ci ildönümüdür. 

OLAY yazır ki, bununla bağlı Kenan instaqramda paylaşım edib. 

Berenlə fotolarını paylaşan ifaçı bu sözləri yazıb:
“Evimin içində ayaq səsin, qulağımın dibində nəfəsin, ovucumda əlinin təri, yanaqlarımda xoşbəxtlik göz yaşın olsun. Sabahımda adın yoldaşım, adım adının sonunu qucaqlasın. Yıxılanda “qalx” deyən ilkim sən, mənə uzadılan birinci sənin əlin olsun. Yıxılanda əllərin birinci məni tapsın. Ürəyinin yanında mənim qəlbim olsun”.