WOW
WOW

Sevgili tapacaq 5 bürc!

Sevgili tapacaq 5 bürc!

Bu il Venera, Yupiter və Merkuri planetlərini təmsil edən bürclərin sevgi həyatı dəyişəcək. Sözügedən bürclər öz ruh əkizinə qovuşacaq.

Bəs o bürclər hansılardır?

OLAY sizə eşq həyatında uğurlu olacaq bürcləri təqdim edir:

Buğa!

2022-ci ildə bu bürcü böyük sürprizlər gözləyir. Buğalar bu il eşq romanlarını xatırladacaq qədər güclü sevgi yaşayacaq. Hətta, nişan və evlilik kimi ciddi qərar ala bilərlər. Özəlliklə, səyahət zamanı partnyorları ilə qarşılaşmaq ehtimalları daha yüksəkdir.

Oxatan!

Eşq gözləmədiyiniz anda qapınızı döyə bilər. Təsadufi şəkildə rastlaşdığınız o insan ilk zamanlar sizi məmnun etməsə də, bir müddətdən sonra sizi özünə heyran edəcək. Dünya sadəcə ikinizin ətrafında dönəcək.

Qız!

Bu bürclərin əsl məhəbbəti tapması öz zəhmətləri əsasında gerçəkləşəcək. Bu il daha sosial biri olmağa çalışın, yeni dostlar qazanın. Getdiyiniz məclislərdə insanlarla söhbət edin. Sevgiliniz anlayışlı və yetkin biri olacaq.

Oğlaq!

Sentyabr ayında oğlaqların həyatı tamamilə dəyişəcək. Köhnə dostlarınız, iş yoldaşlarınız və yaxud da heç gözləmədiyiniz biri sizə hər an “səni sevirəm” deyə bilər. Bu münasibət sizin həyatınızı daha da əyləncəli və maraqlı hala gətirəcək. Bərabər getdiyiniz ilk tətildə evlilik təklifinə hazır olun!

Dolça!

Uzun müddətdir axtardığınız, lakin heç cür tapa bilmədiyiniz o sevgilli noyabr və ya dekabr ayında həyatınıza girəcək. Onunla birlikdə yaşamaq qərarı ala bilərsiniz. Hər anınızdan həzz almağı unutmayın.