Türkiyəli məşhur model-aktrisa Çağla Şikel “Best model” qalmaqalına münasibət bildirib.
OLAY yazır ki, Ç.Şikel sözügedən yarışma ilə bir əlaqəsinin olmadığını söyləyib. O qeyd edib ki, bu çox həssas məsələdir:
“Erkan Özerman böyüyümüzdür, hörmət edirəm. Amma mən Türkiyə gözəllik yarışmasında iştirak etmişəm, orada yaşanan olaylarla bağlı bir fikrim yoxdur”.
Qeyd edək ki, “Best model” iştirakçıları təşkilatçı Erkan Özermanın onlara əxlaqsız təkliflər etdiyini söyləyiblər. Onlar birinci yerin həmin təklifləri qəbul etdiyi təqdirdə seçildiyini iddia ediblər.