Türkiyəli müğənni Gülşen son paylaşımı ilə diqqətləri yenə üzərinə çəkib.
OLAY yazır ki, sənətçi İzmirdə konsert proqramı ilə çıxış edib. O, səhnədə bir neçə gün öncə məhşur markaların biri üçün hazırladığı kolleksiyasından olan əlbisə geyinib.
"Alovdan libas" adını verdiyi geyimlə hitlərini səsləndirən Gülşenin 5 gün sonra baş tutacaq Bakı konsertində nə cür görünüşdə olacağı marağa səbəb olub.
Qeyd edək ki, sənətçinin Bakıdakı konserti üçüb libası aktrisa Nərgiz Əliyevanın moda evi hazırlayır.
Konsert 27 mayda Bakı Konqres Mərkəzində baş tutacaq. Biletlər 35-220 manat arası dəyişir.