Xəbər verdiyimiz kimi, 27 mayda türkiyəli məşhur ifaçı Gülşen Bakıda konsert verəcək.
OLAY-ın məlumatına görə, sənətçinin səhnə geyimi Azərbaycanda hazırlanacaq. Belə ki, müğənninin razılığı ilə onun libasını aktrisa Nərgiz Əliyevanın sahibi olduğu moda evi ərsəyə gətirəcək.
Uzun zamandır səhnə libasları ilə gündəmə gələn və müzakirə edilən Gülşenin Bakı konsertində nə geyinəcəyi isə indidən marağa səbəb olub.
Qeyd edək ki, müğəninin konserti Bakı Konqres Mərkəzində baş tutacaq. Gecəyə biletlər 35 manatdan başlayır.