WOW
WOW

Şahzadə oğlunu necə görmək istəyir?

Şahzadə oğlunu necə görmək istəyir?

Uşaqlardan böyüyəndə nə olmaq  istədiklərini soruşanda, həkimdən super qəhrəmana, idmançıdan müğənniyə qədər bir çox cavab eşidə bilərik.

OLAY yazır ki, İngiltərə şahzadəsi Harri 2 yaşlı oğlu Arçinin bu baxımdan digər uşaqlara çox bənzədiyini deyib.

Niderlanda səfəri zamanı açıqlama verən şahzadə “Oğlum Arçi ilə böyüyəndə nə etmək istədiyini danışırıq.

O, bir neçə gün kosmonavt olacağını, daha sonra isə pilot olmaq istədiyini deyir. Ancaq ona xatırlatdığım odur ki, böyüyəndə nə olmaq istədiyi önəmli deyil. Əhəmiyyətli olan sizin xarakterinizdir. Örnək olmaq üçün güc və cəsarət lazımdır”,- deyə bildirib.

Şahzadə Arçinin şəxsiyyətinin onlar üçün daha vacib olduğunu vurğulayıb.