WOW
WOW

Sevda Brilliantla razılaşmadı

Sevda Brilliantla razılaşmadı

Əməkdar artist Sevda Ələkbərzadə Xalq artisti Brilliant Dadaşovanın müzakirələrə səbəb olan açıqlamasına münasibət bildirib.

OLAY yazır ki, sənətçi “Deməsəm olmaz” proqramında qonaq olarkən Dadaşovanın “Gənclərimizin bir hissəsi mərsiyə stilində muğamlar oxuyurlar”,- fikirləri ilə razılaşmayıb.

“Brilliant xanımın şəxsi fikridir. Muğamı mərsiyə kimi oxuyanlar da var. Lakin onlar ifanı belə sevir. Bu o demək deyil ki, qeyri-peşəkardırlar. O qədər gözəl ifaçılar, xanəndələr tanıyıram”.