Aparıcı-prodüser Tarix Əliyev Azad Azərbaycan televiziyası ilə bağlı tənqidi status paylaşıb.
OLAY yazır ki, o, müğənnilərin gündüz efirində ağlamasını qınayıb:
“Səhər-səhər ATV-yə baxanda bəzi müğənnilərə yazığım gəlir. Nə məcburdur ki, sizi ağlatsınlar? Qürurunuz yoxdurmu? Deyə bilmirsiz ki, ay aparıcı, bir gün sən də ağla da! Ağlaya bilirsənsə... Qəlbinə sünilik elə girib, adamın ürəyi bulanır”, - deyə Tolik bildirib.
Qeyd edək ki, hər gün səhər saatlarında sözügedən kanalda Nanə Ağamalıyevanın “Günün sədası” proqramı yayımlanır.